REGİONLAR


Şəkinin müəllimlərdən ibarət voleybol komandası zona turnirinin qalibi olub

Şəki, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş voleybol üzrə zona turnirinə yekun vurulub. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə keçirilən yarışda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının müəllimlərindən təşkil olunmuş 6 komanda mübarizə aparıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

Şəki Olimpiya İdman Kompleksində təşkil edilən turnirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi Zəfərdən danışıblar.

Yekun nəticələrə əsasən, Şəki rayonunun müəllimlərdən ibarət komandası turnirin qalibi adını qazanıb. Oğuz və Balakən rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Turnirin bağlanış mərasimində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, qalibləri təbrik edib, belə idman yarışlarının müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədi daşıdığını vurğulayıb.

Yekunda qaliblərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin fəxri fərmanı və hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.