REGİONLAR
Şəkinin təsərrüfatlarında 100 min tondan çox qaba yem tədarük edilib
Şəki, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəkili heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün indidən ciddi hazırlaşırlar. Belə ki, bu günədək rayonun təsərrüfatlarında 105 min ton qaba yem tədarük olunub. Tədarük edilən yemin 53,2 min tonunu quru ot, 51,8 min tonunu isə küləş təşkil edir. Yem tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə min tona yaxın artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Təsərrüfatlarda, eyni zamanda, payızlıqların səpini üçün yay şumunun çıxarılması da davam edir. Fermerlər indiyədək 16,4 min hektar sahədə şum aparıblar. Payızlıqların səpini üçün 16 min 977 ton toxum fondu da ayrılıb.