REGİONLAR
Şəkinin təsərrüfatlarında tütün əkininə başlanılıb
Şəki, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Cari mövsümdə rayonda 950 hektarda tütün əkilməsi planlaşdırılır. İlk günlər rayonun Cumakənd və Şorsu kəndlərinin təsərrüfatlarında 15 hektar sahədə “Virciniya” növ tütün əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Baş məsləhətçi bildirib ki, proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 691 hektarda “Virciniya” və 29 hektarda “Berley” növ ətirli, 230 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.
Ötənilki mövsüm rayonun tütünçüləri üçün çox uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]