REGİONLAR


Şəkinin toxuculuq sənayesində məhsul istehsalı 885 min manat artıb

Şəki, 1 fevral, AZƏRTAC

“Sənaye ili” elan edilən 2014-cü ildə Şəkinin toxuculuq sənayesində 2 milyon 854 min manatlıq toxuculuq məhsulları istehsal olunub. Əvvəlki illə müqayisədə məhsul istehsalı 885 min manat artıb.

Bu barədə AZƏRTAC-a Şəki Şəhər Statistika İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, 2014-cü ildə bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində (ASC) 208 min ədəd milli baş örtüyü olan kəlağayı istehsal olunub. Kəlağayı istehsalı əvvəlki ilə nisbətən 2 dəfəyə yaxın artıb. Bundan əlavə, il ərzində müəssisədə 2 min 613 ton pambıq iplik, 44 min 452 ədəd kip şal, 3 min 793 ədəd şərf istehsal olunub. Ötən il müəssisənin xalça sexində 166 kvadratmetr ipək və yun xalça toxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.