Şəkinin uşaq xor kollektivi beynəlxalq onlayn festival-müsabiqənin Qran-Prisinə layiq görülüb
AzerTAg.az
Şəki, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Biz sülh göyərçinləriyik” adlı uşaq xor kollektivi Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən VI Beynəlxalq “Milad ulduzları” adlı onlayn festival-müsabiqədə birinci yeri tutub və festivalın Qran-Prisinə layiq görülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak edən musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdlərindən Melisa Məcidova və Sona Həsənli 1-ci dərəcəli, Nübar Əbdürrəhmanova, Şəhrizad Süleymanzadə və Aişə Fətəliyeva isə 2-ci dərəcəli laureat adını qazanıblar.
Kollektivi və şagirdləri festival-müsabiqəyə hazırlayan ixtisas müəllimlərinə təşəkkür məktubları göndərilib.






Xəbərin mətnində orfoqrafik səhv var