İQTİSADİYYAT


Səkkiz ayda 1,45 milyon tondan çox dizel yanacağı istehsal olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 450,2 min ton dizel yanacağı, 818,2 min ton avtomobil benzini, 184,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 406,2 min ton ağ neft, 76,8 min ton yanacaq mazutu, 13,4 min ton sürtkü yağları, 163,1 min ton neft bitumu və 168,5 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 139,9 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,6 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb. Avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.