CƏMİYYƏT


Səkkiz ay ərzində Azərbaycanda 2252 əkiz, 75 üçəm, 4 dördəm doğulub

Bakı, 18 oktyabr, AZƏRTAC

Yanvar-avqust ayları ərzində Azərbaycanda 82 min 783 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,4 təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 2252-si əkiz, 75-i üçəm, dördü isə dördəmdir.

Səkkiz ay ərzində ölkədə 42 min 475 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.