CƏMİYYƏT


Səkkiz ay ərzində Azərbaycanda 73 mindən çox körpə doğulub

Bakı, 26 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 73 min 177 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Səkkiz ay ərzində ölkədə 48 min 633 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,3 təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.