İQTİSADİYYAT


Səkkiz ayda 154 min tondan çox tomat ixrac olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ölkədən 154,1 min ton tomat ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tomatın dəyəri 167 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 141,5 milyon dollar olmaqla 133,2 min ton tomat ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.