İQTİSADİYYAT


Səkkiz ayda 16,6 milyard kilovat/saat əmtəəlik elektrik enerjisi istehsal olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 milyard 207,7 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 16 milyard 666,3 milyon kilovat/saat elektrik enerjisi alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin həcmin 15 milyard 736,6 milyon kilovat/saatı istilik, 828,7 milyon kilovat/saatı su, 32,2 milyon kilovat/saatı günəş, 68,8 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.