İQTİSADİYYAT


Səkkiz ayda 21 sığorta şirkəti 517 milyon manat sığorta haqqı toplayıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 517 milyon manat məbləğində sığorta haqqı toplanıb, 169 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 374.7 milyon manat, ödənişlər isə 124.6 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 142.3 milyon manat, ödənişlər isə 43.9 milyon manat olub.

2018-ci ilin yanvar-avqust ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72 faizi könüllü, 28 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74 faizi könüllü, 26 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.

Sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.