İQTİSADİYYAT


Səkkiz ayda 74,5 min tondan çox qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında ölkədən 74 min 575 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac olunub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ixrac edilən qara metal və onlardan hazırlanan məmulatların dəyəri 41 milyon 381 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 8 ayında 56 milyon 820 min dollarlıq 80 min 143 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.