İQTİSADİYYAT
Səkkiz ayda Azərbaycana 5 mindən çox avtomobil idxal olunub
Bakı, 13 sentyabr, AZƏRTAC
2017-ci ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 5662 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2208 ədəd və ya 63,92 faiz artıb.
Ölkəyə gətirilən avtomobillərin 134 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 874 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 603 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 51 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]