İQTİSADİYYAT


Səkkiz ayda Azərbaycanda 17,8 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycanda 23 milyon 421,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 24 milyard 922,6 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 17 milyard 802,4 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 8 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 15 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 5,2 faiz azalıb.

Ölkədə əmtəəlik neft istehsalı 7,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 12,2 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.