İQTİSADİYYAT


Səkkiz ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 580 milyon dollara yaxın olub

Kiyev, 17 sentyabr, AZƏRTAC

Cari ilin 8 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 580 milyon dollara yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 milyon dollar çoxdur.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-avqust aylarında Azərbaycandan bu ölkəyə 300 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 278 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.