İQTİSADİYYAT


Səkkiz ayda dəmir yolu ilə 4,3 milyon ton yük daşınıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 4 milyon 344,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 908,9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 18,8 min ton yükün dəyəri 679,6 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 325,9 min ton, dəyəri isə 1 milyard 229,2 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.