İQTİSADİYYAT


Səkkiz ayda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 38,2 milyon manat daxil olub

Bakı, 26 sentyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-avqust ayları ərzində 45 hərrac keçirib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraclarda 14 səhmdar cəmiyyətin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb.

Səkkiz ayda hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib.

Qeyd edilən dövr ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.