İQTİSADİYYAT


Səkkiz ayda əhalinin gəlirləri 36,8 milyard manat olub

Bakı, 17 sentyabr, AZƏRTAC

İlkin məlumatlara görə, yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 3 min 727,8 manat gəlir düşüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.