İQTİSADİYYAT


Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Bakı, 23 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq 5436,0 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4006,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib.

Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 554,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 23,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.