İQTİSADİYYAT


Səkkiz ayda ixrac və idxal edilən məhsulların həcmi açıqlanıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında ixrac və idxal edilən məhsulların həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 8 ayda təzə meyvə ixracı 23,5 faiz, şəkər 1,6 dəfə, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 37 faiz, çay 9,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 47,7 faiz, pambıq lifi 1,6 dəfə, pambıq ipliyi 43,7 faiz, emal olunmamış alüminium 15,2 faiz, qara metallardan yarımfabrikatlar 10,4 faiz, bentonit gili 13,3 faiz artıb. Təzə tərəvəz ixracı isə 1,1 faiz, kartof 7,4 faiz, meyvə və tərəvəz konservləri 3,5 faiz, bitki yağları 29,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 20,2 faiz, polietilen 2,9 faiz, qara metallardan borular 82,5 faiz azalıb.

Eyni zamanda, ötən ilin eyni ayları ilə müqayisədə bu il buğda idxalı 16,7 faiz, xam şəkər və şəkər 50 faiz, təzə meyvə 4,1 faiz, kərə yağı, digər süd yağları və pastaları 5,1 faiz, quş əti və onun əlavə məhsulları 11,3 faiz, kartof 7,9 faiz, mal əti 14,6 faiz, təzə tərəvəz 39,1 faiz, minik avtomobilləri 1,9 dəfə, polad prokatı 24,4 faiz, mineral gübrələr 35,7 faiz, hesablama maşınları, blok və qurğuları 26,1 faiz, rezin şinlər 10,4 faiz, mebellər 6,1 faiz, məişət kondisionerləri 1,6 dəfə, polietilen 32,5 faiz, yük avtomobilləri 1,7 dəfə, avtobuslar 2,5 dəfə, paltaryuyan maşınlar 15,7 faiz, qara metallardan künclüklər 16 faiz artıb.

Bitki yağı idxalı isə 2,2 faiz, siqaret 46,5 faiz, çay 0,1 faiz, qara metallardan borular 12,8 faiz, qara metallardan çubuqlar 19,1 faiz, sement və sement klinkerləri 24,7 faiz, məişət soyuducuları 19,2 faiz azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.