İQTİSADİYYAT


Səkkiz ayda paytaxtda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Yanvar-avqust aylarında paytaxtda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 4,4 faiz, tütün məmulatlarının istehsalı 63,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 81,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 5,8 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 6,3 faiz, mebel istehsalı 77,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.