İQTİSADİYYAT


Səkkiz ayda paytaxtın ictimai iaşə dövriyyəsi 6,5 faiz artıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Yanvar-avqust aylarında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 623,9 milyon manat olub, dövriyyənin 99,6 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 47,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-avqust aylarına nisbətən 14,2 faiz artaraq 298,2 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.