İQTİSADİYYAT


Səkkiz ayda qeyri-neft ixracı 19 faiz artıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 19 faiz çox olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, səkkiz ayda kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1 faiz artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon dollar olub. Yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2 faizi təşkil edib.

Bu ilin müvafiq dövrü ərzində meyvə və qoz-fındığın ixracı 25,1 faiz artaraq 227,7 milyon dollar, tərəvəz ixracı isə 180,5 milyon dollar olub.

Aqrar məhsullar strukturunda 3,4 faizlik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb.

Aqrar-sənaye məhsullarının strukturunda 8,6 faizlik paya malik çay ixracı 53,9 faiz artaraq 8,5 milyon dollar olub. Habelə sözügedən sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4 faiz artaraq 20,9 milyon dollar səviyyəsinə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.