REGİONLAR


Səkkiz ayda sahələrdən 1,3 milyon tonadək tərəvəz yığılıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Sentyabrın 1-nə kimi sahələrdən 1 milyon 283,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz çox tərəvəz, eləcə də 703,8 min ton (9,5 faiz çox) kartof yığılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə sahələrdən 427,9 min ton (14,9 faiz çox) bostan məhsulları, 382,4 min ton (5,6 faiz çox) meyvə və giləmeyvə, 56,5 min ton (49,4 faiz çox) üzüm, 580,8 ton (16,4 faiz az) yaşıl çay yarpağı, 31,4 min ton (48,7 faiz çox) günəbaxan, 19,6 min ton (78,3 faiz az) şəkər çuğunduru, 164,8 ton (5 faiz çox) pambıq və 3,5 min ton (19,4 faiz çox) tütün toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.