CƏMİYYƏT


Səkkiz nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə sakini saxlanılıb

Bakı, 16 fevral, AZƏRTAC 

Fevralın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonunun Ə.Hacıyev küçəsində “Hyundai” markalı avtomobilin qapısını bıçaqla açmağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 25-ci polis şöbəsinə təhvil verilən həmin şəxsin Lənkəran rayon sakini C.Hacızadə olduğu müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları isə səkkiz nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Nəzərovu saxlayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.