DÜNYA
Səksən altı yaşlı yapon səyyah Akonkaqua zirvəsini fəth etmək niyyətindədir
Tokio, 3 yanvar, AZƏRTAC
Yapon səyyah Yuçiro Miura Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya qalxmaq üçün Argentinaya yola düşüb.
AZƏRTAC xəbər verir ki, 86 yaşlı Y.Miuranın direktoru olduğu məktəbin 15 şagirdi onu yola salmaq üçün yanvarın 2-də Tokionun “Haneda” aeroportuna gəlib.
Y.Miura məktəblilərə bildirib ki, onların arzuları onun enerjisini artırır və onu daha da cəsarətli edir. Eyni zamanda, şagirdlərin gətirdikləri Yeni il şirniyyatları da ona güc verir.
Qeyd edək ki, And dağlarında yerləşən Akonkaqua zirvəsi 6960 metr hündürlüyə malikdir. İndiyədək bu zirvəni fəth etmək üçün göstərilən 10 cəhddən yalnız üçü uğurla nəticələnib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]