Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Səksən illik ömrə işıq salan 50 sənət incisi

Səksən illik ömrə işıq salan 50 sənət incisi

Bakı, 21 noyabr, AZƏRTAC

“Həyatda təsadüf olmur”, - deyənlər haqlıdırlar. Onun da məktəb yaşlarından dəqiq elmləri mənimsəməsi, ixtisasını dəyişərək ömrünü bütövlükdə televiziyaya həsr etməsi təsadüf deyil. İndi 80 yaşını haqlamış rejissor Əhməd Abdullayevin təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutundan vaxtında Dövlət İncəsənət İnstitutuna keçməsi bəlkə də, taleyin, necə deyərlər, “hər şeyi öz yoluna qoyması idi”. Sonralar Əhməd Abdullayevin rejissor kimi fəaliyyəti, novator yaradıcılığı ilə sənədli filmlər çəkilişində olan boşluğu aradan qaldıraraq televiziya tariximizə qiymətli səhifələr yazması bu həqiqəti təsdiqlədi. Həmsöhbətimizin söylədikləri də gəldiyimiz qənaəti bir daha əsaslandırır: “Ömrümün çoxu Azərbaycan Televiziyasında keçib. Sənədlərimi Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna verdim və qəbul olundum. Üçüncü kursda oxuyanda görkəmli kinorejissor Həsən Seyidbəyli ilə yaxın münasibətim dostluğa çevrildi”.

Kino çəkmək, rəngli işıqların və kameraların qurulduğu nəhəng çəkiliş meydançasının hakimi olmaq, aktyorlarla işləmək hissi tədricən onun bütün varlığına hakim kəsilib.

“Məhz Həsən Seyidbəylinin təklifi ilə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinə bir hekayə göndərdim. Məni oraya təhsil almaq üçün dəvət etdilər. Lakin yaşlı ata-anamın sözündən çıxmadım, onları tək qoyub Bakıdan getmədim. Həsən Seyidbəyli isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində oxumağımı məsləhət gördü. Elə də etdim. Bu institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 6 ay C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işlədim”.

“Azərbaycan telefilm”də işləyərkən tale onun üzünə gülüb, birliyin baş redaktoru, publisist və tərcüməçi, xeyirxah insan İshaq İbrahimovla tanış olub. Bu tanışlıq və ünsiyyət Əhməd Abdullayevdə sənədli kinoya maraq oyadıb, onun ekran sənətinə baxışlarını formalaşdırıb. İshaq İbrahimovun yaradıcılıq dəstəyi sayəsində Əhməd Abdullayev bir-birindən maraqlı sənədli filmlər çəkməyə başlayıb. Tezliklə ekranlarda onun rejissoru olduğu “Qızıl qələm”, “Sevilin bacıları”, “Neft daşları”, “Mingəçevir”, “Naxçıvan”, “Gülşən”, “Şahdağın ətəklərində”, “Həyat naxışları”, “Pəhləvanlar”, “And” kimi maraqlı sənədli filmləri göstərilir. Əhməd Abdullayevin çəkdiyi filmlər Azərbaycanın görkəmli yazıçı, şair, alim, rəssam, memar və digər sahələrdə çalışan insanları ilə yanaşı, ölkəmizdə reallaşan ən mühüm layihələri əhatə edir. AzTV-də çalışdığı illərdə o, 50-dən çox sənədli film çəkməyə müyəssər olub.

O vaxtkı qaydaya görə, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı, Moskvada xüsusi komissiya bu filmləri qəbul edir və daha çox bəyənilən əsərlər ümumittifaq ekranında - Mərkəzi TV-də nümayiş etdirilirdi. Əhməd Abdullayevin çəkdiyi bütün filmlər həmişə yüksək qiymətə layiq görülüb və böyük ekranlarda nümayiş olunub.

Əhməd Abdullayev rejissorluq fəaliyyətində hər zaman qeyri-adi istedadını, dünyaya və hadisələrə fərqli baxış nümayiş etdirib. Vaxtilə AzTV-nin rejissor işi baxımından çətinlik çəkən “Beynəlxalq həyat” redaksiyası məhz Əhməd Abdullayevin sayəsində canlanıb. Redaksiyanın 4-5 nəfərlik qrupu vaxtilə “Planetimizin mənzərəsi” adlı gündəlik və “Qitələr, hadisələr” adlı həftəlik beynəlxalq proqram hazırlayırdı. Ə.Abdullayevin gəlişindən sonra redaksiya “Azərbaycan dünya meridianlarında” proqramını, sonra isə onun təşəbbüsü ilə “Müharibə, yoxsa sülh” adlı silsilə publisistik veriliş hazırladı. Professor, siyasi icmalçı Murtuz Ələsgərov bu veriliş haqqında bir neçə məqalə də yazmışdı. M.Ələsgərov tez-tez deyərdi ki, Əhməd Abdullayevin bu verilişinə dövlət mükafatı vermək lazımdır. Həqiqətən də, tam sənədli kadrlar əsasında hazırlanan bu veriliş məhz Əhməd Abdullayevin yaradıcı səyləri sayəsində başa gəlirdi.

Müstəqillik dövründə Əhməd Abdullayev televiziyanın ictimai-siyasi proqramlar redaksiyasında aparıcı rejissor vəzifəsində çalışıb. Sovet İttifaqının dağılması dövrünü, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini lentə alıb, bir çox maraqlı verilişlərin rejissoru olub.

1992-2000-ci illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan əksər verilişlərin rejissoru olmuş Əhməd Abdullayevin son işi “Əsrin müqaviləsi” filmidir. Tək-tək rejissor tapılar ki, bütün karyerası ərzində Ulu Öndərlə bağlı Əhməd Abdullayev qədər veriliş hazırlasın. O, haqlı olaraq bu işi ilə qürur duyur. Özünün dediyi kimi, çəkdiyi bütün filmlərə, o cümlədən müstəqillik illərində lentə aldığı “Qayıdış”, “Qurtuluş”, “Qəsd”, “Şuşa”, “Laçın”, “Ağdam”, “Qanlı Yanvar”, “Qarabağ hadisələri” və digər ekran əsərlərinə, habelə “Açıq-Aşkar” və s. televiziya verilişlərinin hazırlanmasına ömrünü sərf edib. Qarabağ müharibəsinin qanlı-qadalı illərində baş verənləri dünyaya çatdırmaq üçün Əhməd Abdullayev və onun yaradıcı komandası dəfələrlə döyüş bölgələrinə yollanıb və ən qaynar nöqtələrdə çəkilişlər aparıb, reportajlar hazırlayıb. Onun gördüyü işlər Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Xocalı mövzusu onun yaradıcılığından qırmızı xətt kimi keçir. O, həmişə bu arzu ilə yaşayır ki, Xocalı soyqırımı haqqında bir sənədli və ya bədii film çəksin və bu film vasitəsilə dünya ictimaiyyəti Xocalı qətliamı haqqında daha məlumatlı olsun. Ustad rejissor mövzuya fərqli yanaşmanı, ekran dilinin incəliklərindən faydalanmağı və bir də dünyanın qəbul etdiyi təqdimat tərzini vacib sayır.

Bu günlər 80 illik yubileyini qeyd edən Əhməd müəllim 16 ildir ki, İsraildə yaşayır, lakin onun ürəyi Azərbaycanla döyünür.

Gördüyü işlər bir daha sübut edir ki, Əhməd Abdullayev çəkdiyi ekran əsərləri ilə öz adını tarixləşdirə bilib. Bir sözlə, vaxtı hədər, boş yerə itirməyib. Onun yuxusuz gecələrinin bəhrəsi olan, min bir əziyyət və yorulmaq bilmədən böyük şövq və həvəslə lentə aldığı verilişlərindən, filmlərindən, ssenarilərindən, yazdığı kitablardan gələcək nəsillər hələ çox şeylər öyrənəcək. Deməli, əsl fədailər heç vaxt qocalmır və onların ömrü zamanla ölçülmür. Bu mənada səksən yaşlı rejissorumuz Əhməd Abdullayev özünü əbədiyaşar və xoşbəxt hesab edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan