DÜNYA
Sel İranın balıqçılıq təsərrüfatına 95 milyon dollar ziyan vurub
Tehran, 11 aprel, AZƏRTAC
Sel və daşqınlar İranın balıqçılıq təsərrüfatına 95 milyon dollar həcmində ziyan vurub.
AZƏRTAC xəbər verir ki, sel çay kənarlarında qurulmuş balıqçılıq təsərrüfatlarının hovuzlarını yuyub aparıb. Nəticədə 3 min ton balıq məhv olub.
İranın Balıqçılıq Təsərrüfatı Təşkilatının sədr müavini Hüseyn Abdullahi jurnalistlərə bildirib ki, İran balıq ixracına görə aparıcı yerlərdən birini tutur. Ötən il İran 500 milyon dollar həcmində balıq ixrac edib. Lakin bu il baş verən daşqınlar ixracın həcmini azaldacaq. Onun sözlərinə görə sel zamanı Lorestan, Çaharmahal və Bəxtiyari vilayətlərindəki balıqçılıq təsərrüfatları tamamilə dağılıb. Hazırda araşdırma aparılır və dəyən ziyanın məbləği müəyyən edilir. Hökumət sel nəticəsində ziyana düşən təsərrüfat sahiblərinə kompensasiya verəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]