İQTİSADİYYAT


Səlahiyyətli İqtisadi Operatorlar Proqramının tətbiqinə dair milli seminar başlayıb

Bakı, 14 iyun, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Səlahiyyətli İqtisadi Operatorlar (SİO) Proqramının tətbiqinə dair növbəti milli seminar başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətimdən AZƏRTAC-a bildirilib ki, ÜGT-nin təşkilatçılığı ilə keçirilən seminarda Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin əməkdaşları iştirak edirlər. Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev ÜGT ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb və bu təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, eləcə də Regional Tədris Mərkəzinin, Kinoloji Mərkəzinin Bakıda fəaliyyət göstərməsinin əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq gömrük işinin təşkili sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edən Əsgər Abdullayev həyata keçirilən islahatların gömrük sisteminin də dinamik şəkildə inkişafına zəmin yaratdığını bildirib.

Beynəlxalq ticarətin inkişafı, ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, biznes-gömrük əməkdaşlığının gücləndirilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atıldığını bildirən komitə sədrinin müavini, SİO Proqramının tətbiqinin reallaşdırılması ilə birlikdə ölkədə investisiya mühitinin daha da yaxşılaşdrılmasına şərait yaranacağını, seminarın bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyini vurğulayıb.

ÜGT-nin eksperti Aşa Mennon SİO Proqramının ticarətin regional və qlobal səviyyədə inkişafında mühüm rol oynadığını və Azərbaycanın bu proqramın tətbiqi istiqamətindəki təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib. Qeyd edilib ki, artıq 78 ölkə SİO Proqramı tətbiq edilir və 56 ölkə bu istiqamətdə qarşılıqlı razılaşmaların əldə edilməsinə nail olub.

Qeyd edək ki, 2 gün davam edəcək seminarda ÜGT-nin ekspertləri Aşa Mennon və Helena Gerstenkorn tərəfindən iştirakçılara SAFE SİO Proqramı və onun tətbiqinin faydaları, SİO ilə bağlı yoxlama aparan şəxslərə dair təlimatlar, SİO ilə bağlı yoxlama aparan şəxslərin təlimi modulu, proqramın tətbiq edildiyi ölkələrin təcrübəsi və digər mövzularda məlumatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.