SİYASƏT


Səlçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım edib

Ankara, 27 sentyabr, AZƏRTAC

Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür. Əziz şəhidlərimizin ruhları şad, qəhrəman qazilərimizin əhvalı uca, müqəddəs Zəfərimiz mübarək olsun.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın 27 sentyabr - Anım Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımında yer alıb.

Paylaşımda “Qarabağ Azərbaycandır!” şüarı da əksini tapıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.