CƏMİYYƏT


Selçuk Bayraktar: TEKNOFEST dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı

Bakı, 26 may, AZƏRTAC

TEKNOFEST dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı. Biz TEKNOFEST-i uşaqlarımızın və gənclərimizin arzularının hüdudu, onların qarşısında heç bir maneə olmasın deyə keçiririk. 2018-ci ildə 18 yarışma ilə başladığımız TEKNOFEST-də yarışma sayı bu gün 40-a çatıb. İnanırıq ki, 10 müsabiqə və “Take Off” Müəssisə Zirvəsi ilə başlayan TEKNOFEST gənc qardaşlarımın Azərbaycana marağı ilə getdikcə daha da böyüyəcək. Bu vəsilə ilə türk uşaqları əzmkarlıqları sayəsində nəyə nail ola biləcəklərini dünyaya göstərəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının açılış mərasimində çıxışı zamanı söyləyib.

“TEKNOFEST Azərbaycan”ın təşkilində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən S.Bayraktar deyib: “Bakıdan türk mədəniyyətinin mühüm mərkəzi olan Şuşaya, can Azərbaycanın hər bir guşəsinə salamlarımı göndərirəm”.

S.Bayraktar çıxışını TEKNOFEST-in şüarı olan, “Bir uşaq gəlsin bir təyyarəyə toxunsun, bəlkə o, ölkələrimizi kosmosa aparacaq. Bir uşaq daha gəlsin, o da bir təyyarəyə toxunsun, bəlkə o da ölkələrimizi müdafiə edəcək təyyarələr hazırlayacaq” - sözləri ilə tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.