İQTİSADİYYAT


Səlcuq Bayraktar: Bakıda qardaşlarımızla bir yerdə olmaqdan qürurluyuq

Bakı, 26 may, AZƏRTAC

Bakıda qardaşlarımızla bir yerdə olmaqdan qürur duyuruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda ilk dəfə keçirilən “TEXNOFEST Azərbaycan” festivalının açılış mərasimində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraktar deyib.

“Bizim qardaşlığımız dəfələrlə sınaqdan keçib. İki dövlət olaraq könül bağlarımız daha da güclənib. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq”, - deyə Səlcuq Bayraktar bildirib.

“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı gənclərə nəsihət verərək qeyd edib ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdır. Gənclər bu istiqamətdə özlərini təsdiq etdirməli, bilik və bacarıqlarını daim artırmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.