İDMAN


“Seltik”in azarkeşi həbs edilib

Bakı, 13 sentyabr, AZƏRTAC

“Seltik” futbol klubu UEFA tərəfindən cəzalandırıla bilər.

Buna səbəb odur ki, Çempionlar Liqasının qrup mərhələsində Qlazqoda “PSJ” ilə start matçı zamanı (bu oyun 5:0 hesabı ilə “PSJ”nin xeyrinə başa çatıb) “Seltik” klubunun azarkeşlərindən biri qaçaraq meydana çıxıb və parislilərin hücumçusu Kilian Mbappeni vurmağa cəhd göstərib.

AZƏRTAC xəbər verir ki, oyunun birinci hissəsinin başa çatmasına az qalmış hesab “PSJ”nin xeyrinə 3:0 olanda şotlandıyalıların fanatlarından biri qaçaraq meydana çıxıb və ikinci qolun müəllifi Mbappeni vurmaq istəyib, lakin onun zərbəsi boşa çıxıb.

Stüardlar dərhal həmin azarkeşi meydandan çıxarıblar. Az sonra polis həmin şəxsi həbs edib.

Bu insidentə görə “Seltik”in UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.