MƏDƏNİYYƏT


Səməd Behrənginin 80 illiyi qeyd edilib

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış tərcüməçi-publisist Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri, şair-publisist Sayman Aruz nakam yazarın ömür yolu haqqında məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı, şair-publisist Əjdər Ol, Yunus İmrə İnstitutunun direktoru Cihan Özdəmir, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri İrfan Çiftçi şairin həyat və yaradıcılığından söz açıblar.

Bildirilib ki, həyatının sonuna qədər kənd müəllimi kimi işləyən S.Behrəngi qısa zaman kəsiyində böyük yazar, publisist, tərcüməçi kimi tanınıb.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.