SİYASƏT


Səməd Seyidov: Azərbaycan güclü və müstəqil dövlətdir, demokratiya yolunda irəliləməkdə qətiyyətlidir

Strasburq, 25 iyun, AZƏRTAC

AŞPA-nın yay sessiyasının ilk iş gününün debatları çərçivəsində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov assambleyanın prezidenti seçilməsi münasibətilə Lilian Mori Paskyeni təbrik edib və ona uğurlar arzulayıb.

S.Seyidov qeyd edib ki, Avropa Şurasının, xüsusilə də Parlament Assambleyasının islahatlara ehtiyacı var. Baş verənləri anlamaq lazımdır. Bir-birimizi eşitməyə hazır olmalı və başa düşməliyik.

Nümayəndə heyətinin rəhbəri deyib: “Azərbaycandakı prezident seçkiləri haqqında müfəssəl danışmayacağam, amma vurğulamaq istəyirəm ki, bu müzakirələr bəzi məsələlərə aydınlıq gətirməyə imkan verir. Türkiyə və Gürcüstanla birlikdə regionda yeni nəqliyyat dəhlizi açılıb. Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Avropanın enerji ehtiyaclarını təmin edəcək TANAP qaz boru kəməri istifadəyə verilib. Bütün bu layihələr dövlətin dəstəyi ilə həyata keçirilib. Dövlətin dəstəyi olmadan bu layihələrin reallaşması mümkün deyil”.

S.Seyidov vurğulayıb ki, Azərbaycan güclü və müstəqil dövlətdir, demokratiya yolunda irəliləməkdə qətiyyətlidir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.