SİYASƏT


Səməd Seyidov: Holokostun inkar edilməsinə, eləcə də antisemitizmə qarşı mübarizə demokratik cəmiyyətlərin aydın göstəricisidir

Strasburq, 22 iyun, AZƏRTAC

“Holokostun inkar edilməsinə, eləcə də antisemitizmə qarşı mübarizə sivilizasiyalı demokratik cəmiyyətlərin aydın göstəricisidir. Strasburqun mərkəzində gözəl bir sinaqoq var. AŞPA-nın üzvü kimi 20 ildir bu quruma gələndə həmin sinaqoqun qarşısından keçirəm. Təəssüf olsun ki, həmin sinaqoqun qapısının açıq olduğunu heç vaxt görməmişəm. Bu sinaqoqda nə isə baş verməsinə görə deyil, təhlükəsizlik səbəbindəndir. Onun qarşısında ağır silahlı polislər durur.

Uzun illərdir ki, başqa bir sinaqoqun da qarşısından keçirəm. O, Bakının mərkəzində olan sinaqoqdur. Onun da qarşısından vaxtaşırı keçirəm, ancaq həyatım boyu o sinaqoqun qapısını bağlı görməmişəm. Onun girişində yəhudi müsəlmanla birgə oturub dünya, eləcə də şəhər xəbərlərini bölüşürlər. Nə baş verir? Bu necə mümkündür? Düşünürəm ki, burada bu Assambleyada düşünməliyik ki, səhv olan nədir?”, - deyə AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumda “Avropada antisemitizmin qarşısının alınması və ona qarşı mübarizə” adlı məruzənin müzakirələrində deyib.

AZƏRTAC xəbər verir ki, S.Seyidovun sözlərinə görə, hörmət, sevgi olmadan cəmiyyətdə harmoniya yaratmaq mümkün deyil. Əsas dəyərlər, onlara qarşı hörmət bərpa olunmalıdır. Antisemitizmə qarşı mübarizə aparılmalıdır, əziyyət çəkən insanlar başa düşülməlidir.

“Bir az yəhudi, bir az müsəlman və bir az da xristian düşüncə tərzinə diqqət etməliyik. Belə halda hər kəsi hiss edə və insanları daha yaxşı anlaya bilərik”, - deyə S.Seyidov əlavə edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.