SİYASƏT


Səməd Seyidov: “Nazirlər Komitəsi Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına riayət etməsi üçün hansı addımları atır?” VİDEO

Paris, 8 aprel, AZƏRTAC

2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar qəbul edib. Sözügedən iş erməni təcavüzü zamanı Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistana qarşı 2005-ci il 6 aprel tarixli iddia müraciətinə əsaslanır. Bu iş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını da təsdiqləyir. Nazirlər Komitəsi Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına riayət etməsi üçün hansı addımları atır?

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yaz sessiyası çərçivəsində qurumun Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soininin çıxışından sonra ona bu sualla müraciət edib.

Avropa Şurası Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soini cavab verərək bildirib ki, Nazirlər Komitəsi məhkəmə qərarlarını yaxından izləməyi qərara alıb. Bu qərara da Nazirlər Komitəsinin əsas prinsipi çərçivəsində yaxından baxılacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.