MƏDƏNİYYƏT


Səməd Vurğun poeziya mərkəzi yaradılıb

Bakı, 12 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin (BŞMBİ) Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında “Səməd Vurğun poeziya mərkəzi”nin yaradılmasına həsr olunmuş dəyirmi masa keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə mərkəzin rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı XX əsr Azərbaycan poeziyasında müstəsna yeri olan Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığından söhbət açıb. O, ölkəmizdə şairin xatirəsinə böyük ehtiram bəsləndiyini vurğulayaraq bildirib ki, S.Vurğun özündən sonra ədəbi məktəb yaradıb. Qeyd edib ki, yeni yaradılan mərkəzin toplantıları ayda iki dəfə keçiriləcək.

Tehrandan gəlmiş qonaq Mehnaz Xadim, Təbrizdə nəşr olunan “Mişov dağı” toplusunun təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, kitabxanaçı Hilanə Babayeva çıxışlarında bildiriblər ki, Səməd Vurğunun yaradıcılığı bu gün də dünya xalqları tərəfindən sevilir və təbliğ olunur. Onun çoxsaylı poemaları, dram əsərləri müasir dövrdə də aktualdır.

Sonda kitabxananın fəal oxucularının ifasında şairin əsərlərindən ibarət “Deyilən söz yadigardır” ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.