Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Səməd Vurğun və ədəbi türk dünyası” elmi konfransında maraqlı məruzələr dinlənilib

Bakı, 28 aprel, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Səməd Vurğun və ədəbi türk dünyası” adlı respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şairin ev-muzeyi ilə yaxından tanış olublar.

Ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova konfransı giriş sözü ilə açaraq, Səməd Vurğunun xatirəsinə həsr olunmuş və artıq ənənəyə çevrilmiş belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

O, Yusif Səmədoğlunun Türkiyədə yenicə çapdan çıxan və ev-muzeyin kitabxanasına daxil olmuş “Qətl günü” romanını iştirakçılara təqdim edib.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Qətl günü” romanı haqqında maraqlı elmi fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Sonra konfransda seçilmiş mövzuya uyğun məruzələr dinlənilib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Özbək poeziyasında Səməd Vurğun mövzusu” adlı məruzəsi böyük marağa səbəb olub.

Məruzədə deyilir: “Ötən əsrin 40-50-ci illərində Səməd Vurğun poeziyasının şöhrəti dünyanın əksər ölkələrinə yayılmışdı. Ədəbiyyata gəldiyi ilk vaxtlardan, daha çox isə 30-cu illərin yarısından bu gün də dillər əzbəri olan əsərlər yazsa da, 1937-ci ilin qara-qorxularından nə şöhrətin şirinliyini, nə də şairə olan xalq məhəbbətini sevinclə könülə doldurmaq, dilə gətirmək mümkün deyildi. Çox güman ki, o xoflu zamanlarda bu duyğuları - nəşəli anları yaşamaq adamın yadına da düşmürdü. Sonra müharibənin odu-alovu hər kəsin arzularını, istəyini, sevən qəlbini qarsaladı. Amma bir həqiqəti də deyək ki, 37-nin xofu, dəhşəti müharibədən də ağır, işgəncəli idi. Bu illərdə ən gözəl əsəri, şeiri-sənəti, sənətkarlığı tərif etməyə qorxurdular. Birdən nə isə, hansısa ifadədə sətiraltı məna "tapılardı". Onunla da hər şey bitmiş olardı. Amma müharibə illərində yaxşı, gözəl əsər tərifləndi, şairə də, oxuyana da, eşidənə də ruh gətirdi, ağrılardan yorulan ruhu bir hovur dincəltdi. Eyni ağrıları Səməd Vurğun da yaşayıb. 37-nin hər qara gecəsinin işıqlı sabahla açılmasına sevinib, sonra yenə qorxulu gecələr gəlirdi. Nəhayət, "bu div heybətli" illər başa çatdı və sən demə, artıq Səməd Vurğun poeziyasının səsi-sədası düzü-dünyanı başına alıbmış. Hamı Səməd Vurğun kimi yazmağa can atırdı. Gənclər bu təsiri öz yaradıcılıqlarında daha tez hiss etdilər. Hətta o dövrün 50-60-cı illərin mötəbər ziyalıları, ədəbiyyatşünasları, tənqidçiləri az qala "üsyan etdilər" ki, hamı Səməd Vurğun olmayacaq ki?! Klassiklərdən bəhrələnmək, öyrənmək lazımdır. Səməd Vurğundan o yana - ötən illərə, əsrlərə, bəşər ünvanlı sənətkarlara nəzər yetirmək, onların məktəblərindən faydalanmaq lazımdır. Belə tərzdə yazılmış ədəbi-tənqidi məqalələr hələ şairin sağlığında ikən yayılır, dərc olunurdu. Səməd Vurğun isə öz şeir dünyasında idi. Azərbaycan ədəbi mühitində bu təsir az qala kütləviləşmişdi. Eyni vəziyyəti özbək poeziyası ilə yaxından tanış olarkən orada da gördük. Sanki özbək şairləri də Səməd Vurğun kimi yazmaq - yaratmaq bəhsində imişlər...” .

Daha sonra M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar”, Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasimbəylinin “Səməd Vurğun və XX yüz il özbək klassikləri”, Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Səməd Vurğunun nəzəri-estetik irsində türk xalqları ədəbiyyatı”, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Səməd Vurğun yaradıcılığına türk ədəbiyyatının təsiri”, Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin dissertantı Sənubər Səmədovanın “Müstəqillik illərində özbək mətbuatında Səməd Vurğun yaradıcılığı” mövzularında məruzələri dinlənilib.

Dinlənilən məruzələrin əsas qayəsini Səməd Vurğun yaradıcılığının türk xalqları ədəbiyyatına, o cümlədən Türkiyə, özbək, tatar, qazax, qırğız ədəbiyyatlarına təsiri, şairin əsərlərinin həmin ölkələrdə tərcüməsi və ədəbi əlaqələr müstəvisində tədqiqi kimi məsələlər təşkil edib. Məhəmmədhüseyn Şəhriyar, Qafur Qulam, Musa Cəlil, Mehmet Akif Ərsoy kimi görkəmli şairlərin yaradıcılıqları ilə müqayisəli təhlil konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Sankt-Peterburqda beynəlxalq forumda iştirak edib

Çin dünyada ilk termonüvə reaktorunu yaradıb

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Balkanlarda böyük elektrik enerjisi kəsintisi baş verib

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir FOTOLAR

“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 500 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hərbi İdarəetmə İnstitutunun xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək

Bu gün paytaxt üzrə 3070 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Xəzər dənizində zəlzələ olub

Avro-2024: Türkiyə və Portuqaliya yığmaları onuncu dəfə qarşılaşacaq

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sel səbəbindən avtomobildə təhlükəli vəziyyətdə qalan 3 nəfər xilas edilib VİDEO

Alimlər məməlilərin beyninin təkamülündə yeni detalları üzə çıxarıb

Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib

Füzulidə 3 tondan artıq çətənə bitkisi yandırılıb

FHN: Ötən sutka ərzində 73 halda yanğına çıxış olub, 11 nəfər xilas edilib

DİN: Ötən gün 118, 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı bədii hissə ilə davam edib

Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib

Fövqəladə Hallar Nazirliyi Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Amerika Kuboku: Bu gecə daha iki oyun keçiriləcək

Abşeron rayonunda yol hərəkəti qaydalarını pozan 315 sürücü inzibati məsuliyyətə cəlb edilib

At heykəlləri: Türk irsinin daş artefaktları

Bölgələrdə arabir leysan yağır, şimşək çaxır

Hindistanda saxta spirtli içkidən zəhərlənən 55 nəfər ölüb

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: İyunun 21-də 3 tüfəng təhvil götürülüb

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir – Faktiki hava

Avro-2024: Avstriya millisinin futbolçuları tarixə düşüblər

Avro-2024: Türkiyə Portuqaliyaya, Rumıniya Belçikaya qarşı

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

DİN: İyunun 21-də ölkədə qeydə alınan 47 cinayətin üstü açılıb

Amerika Kuboku: Peru–Çili oyununda qapılara qol vurulmayıb

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Unudulmaz sənətkar Bülbülün anadan olmasından 127 il ötür

Azərbaycan Prezidenti: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir

Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb VİDEO

MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub VİDEO

Bolnisidə gənclərə Azərbaycan - Türkiyə - Gürcüstan dostluğunun əhəmiyyəti barədə məlumat verilib

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub YENİLƏNİB

Gilgilçay və Dəmiraparançaydan sel keçir

Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur

“Energy İnstitute”: Atmosferə karbon qazı emissiyasının buraxılması rekord həddə çatıb

Birləşmiş Ərəb Əmirliklərində iki mindən çox şahin quşu vəhşi təbiətə buraxılıb

Bu gün ingilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər

İqlim dəyişikliyi ilə bağlı veb proqram yaradılıb

Leyboristlər Partiyası Mühafizəkarlar Partiyasından 15 dəfə daha çox ianə toplayıb

Marneulidə gənclərə COP29-la bağlı məlumat verilib

Britaniyanın ən zəngin ailəsinin dörd üzvü həbs cəzası alıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Oğuzun kəndlərinə dolu düşüb

Avro 2024: Niderland - Fransa oyununda qapılara qol vurulmayıb

Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunlarında uğurlu çıxış edib

Milli Hidrometeorologiya Xidməti: Bakıda küləyin sürəti 19 m/s olub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Faktiki hava: İntensiv yağış yağıb, çaylardan sel keçib

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB VİDEO

Mədəniyyət Nazirliyi: Filmlərlə bağlı senzuranın tətbiqindən söhbət gedə bilməz

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb

Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib YENİLƏNİB

Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

Avro-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

Güclü külək səbəbindən Aqrar Sığorta Fonduna son bir həftədə 120-dən çox müraciət daxil olub

Eldar Quliyev: Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərimizi davam etdirəcəyik

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasında olub

Sertifikasiya imtahanında 13 riyaziyyat müəllimi maksimum nəticə göstərib

Qırğızıstanın Azərbaycandakı səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır

Ana və qızları müəllimlərin sertifikasiyası imtahanında yüksək bal topladı

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Bu gün müəllimlərin sertifikasiyası imtahanında 8 580 nəfər iştirak edib

Pedaqoji Universitetin magistraturasına 30 ixtisaslaşma üzrə qəbul aparılır

Lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib