CƏMİYYƏT


Sement zavodunda baş verən partlayış nəticəsində işçinin ölməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 7 may, AZƏRTAC

Mayın 6-sı saat 03 radələrində Qaradağ rayonu Salyan şosesində yerləşən sement zavodunda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Qaradağ Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Sakit Abdullayevin yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğu, nəticədə baş vermiş partlayışın təsirindən təkərin diskdən ayrılaraq onun baş nahiyəsinə dəydiyindən həmin şəxsin hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.