İQTİSADİYYAT
Sementə olan tələbat daxili istehsal hesabına tam ödəniləcəkdir
Bakı, 12 iyul (AZƏRTAC). Bu ilin sonunadək Azərbaycanın sementə olan tələbatı daxili istehsal hesabına tam ödəniləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat vermişdir. Nazir demişdir ki, ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyəcək həcmdə bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilmiş, nəticədə tikinti materialları istehsalı 16,8 faiz, sement istehsalı isə 39 faiz artmışdır.
Ş.Mustafayev qeyd etmişdir ki, son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]