REGİONLAR


Səmərəli reabilitasiya metodlarının tətbiqi üçün yüksək standartlara uyğun şərait yaradılıb

Naxçıvan, 2 iyul, AZƏRTAC

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqların təhsili və reabilitasiyasında xüsusi yer tutan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daha bir terapiya bölməsi yaradılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni yaradılan Oyun terapiyasının tətbiqində əsas məqsəd uşaqlarda funksional hərəkət pozuntularının qarşısının alınması zamanı psixoloji yükün azaldılması və reabilitasiya tədbirlərinin onların həyatında daha əyləncəli şəkildə tətbiqindən ibarətdir.

Yeni terapiya bölməsi bütün zəruri şəraitlə, o cümlədən zəruri avadanlıqlar və metodik vəsaitlərlə təmin olunub.

Qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan uşaqlara Psixoloji dəstək xidməti, Defektoloji bölmə və filialları, Musiqi və əmək terapiyaları bölmələri, təlim-bərpa otağı, kinnekt oyunlar otağı da fəaliyyət göstərir. Bu bölmələrdə mütəxəssislər tərəfindən müvafiq təlim məşğələləri aparılır. Mərkəzdə daha bir terapiya bölməsinin yaradılması səmərəli reabilitasiya metodlarının hərtərəfli tətbiqinə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.