ELM VƏ TƏHSİL
“Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda müzakirələr aparılıb
Bakı, 22 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK), “İnformascope” və MUROMA şirkətləri “Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda birgə tədbir keçirib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor Leyla İmanova XXI əsrdə informasiya artımının sürəti və həcmi, kitabxanaların üzərinə düşən elmi informasiyanın emalı və inteqrasiyası, server həcmi, kibertəhlükəsizlik, inteqrasiya şərtləri və digər problemlərdən danışıb.
AzKİK-in direktoru və MEK-in innovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova isə konsorsiumun fəaliyyəti, gələcək perspektivləri barədə məlumat verib.
Türkiyənin “İnformascope” şirkətinin direktoru Kıvanc Çinar “Rəqəmsal yayım və kitabxana texnologiyaları” mövzusunda təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
MUROMA şirkətinin nümayəndəsi İltifat İbrahimov xidmət göstərdikləri sahələr barədə ətraflı məlumat verib.
Akademik qurumların kitabxana nümayəndələrinin iştirak etdiyi tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]