İQTİSADİYYAT


Səmərəli vergi inzibatçılığını həyata keçirmək üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi yaradılıb

Bakı, 17 oktyabr, Ramiz Quliyev, AZƏRTAC

Vergilər sahəsində rəqəmsal ödənişlərin genişləndirilməsinə hədəflənmiş bir sıra hüquqi aktlar qəbul edilib, islahatlar aparılıb, həmçinin səmərəli vergi inzibatçılığını həyata keçirmək üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi yaradılıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq etdiyi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda strateji məqsədlərdən biri də vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, eləcə də vergi sisteminin effektivliyinin artırılmasıdır.

Qeyd olunub ki, bu gün vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi sözügedən sistem vasitəsilə aparılır, sahibkarlıq subyektlərinin qeydiyyatı sadələşdirilmiş rejimdə, “bir pəncərə” prinsipi ilə həyata keçirilir. Bu da biznes mühitini xeyli yaxşılaşdıraraq, sahibkarların dövlət qurumlarından asılılığını zəiflədib.

İslahatlar çərçivəsində Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib.

Lakin sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır. Nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bununla yanaşı, nağdsız hesablaşmaların stimullaşdırılması ilə əlaqədar qanunvericiliyə əlavələrin edilməsi məsələsinə baxıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.