ELM VƏ TƏHSİL


Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya İnstitutunda olub

Bakı, 16 avqust, AZƏRTAC

Özbəkistanın Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Server Osmanov Dendrologiya İnstitutunda olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaq institutun elmi potensialı ilə yaxından tanış olub.

Görüşdə Dendrologiya İnstitutunun Səmərqənd Dövlət Universitetinin Botanika bağı ilə əməkdaşlıq əlaqələrinin qurulması üzrə elmi layihələrin həyata keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uzunmüddətli elmi mübadilə məsələləri müzakirə edilib. Həmçinin əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılması, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üzrə geniş imkanların olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.