MƏDƏNİYYƏT
Səmərqənd şəhərinin 2024-cü il üçün MDB-nin mədəniyyət paytaxtına namizədliyi irəli sürülüb
Bakı, 15 oktyabr, AZƏRTAC
Səmərqənd şəhərinin 2024-cü ildə MDB-nin mədəniyyət paytaxtına namizədliyi irəli sürülüb. Bu, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasının yekunlarında məlum olub.
AZƏRTAC uz24.uz saytına istinadla xəbər verir ki, iclasdakı çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB məkanında mədəni-humanitar sahədə əməkdaşlığı ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirib. İnnovativ qarşılıqlı fəaliyyətin və gənclərlə əməkdaşlığının genişləndirilməsi məqsədilə Şavkat Mirziyoyev MDB ölkələrinin Gənc Alimlərinin I Konqresinin gələn il Özbəkistanda “Gənclər innovasiya naminə” şüarı altında keçirilməsini təklif edib. O, həmçinin təhsil, elm, səhiyyə, idman, mədəniyyət və incəsənət sahələrində gerçəkləşən birgə layihə və proqramları fəal şəkildə dəstəkləmək üçün Özbəkistanın buna hazır olduğunu bildirib.
Qeyd edək ki, iclasda 2023-cü ildə Rusiya Federasiyasında “Birliyin mədəniyyət paytaxtları” adlı Dövlətlərarası Proqramının həyata keçirilməsi qərara alınıb. Bu fəxri adı Sankt-Peterburq alacaq.