DÜNYA


Səmərqənddə baş verən yanğın bir ailənin beş üzvünün həyatına son qoyub

Səmərqənd, 23 fevral, АZƏRTAC

Ötən gecə Səmərqənd vilayətinin Urqut rayonundakı yaşayış binasında baş verən yanğın nəticəsində bir ailənin beş üzvü həlak olub.

AZƏRTAC xəbər verir ki, yanğınsöndürənlər yanan evin sahibini, onun xanımını, qızı və iki nəvəsini xilas edə biliblər. Onlar xəstəxanaya yerləşdiriliblər. Ailənin iki oğlu, iki nəvəsi və bir gəlin isə yanğının qurbanı olub.

Hadisənin səbəbləri araşdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Səmərqənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.