CƏMİYYƏT


Seminar qeyri-formal məşğulluğun qarşısının alınmasına həsr olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin iştirakı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusunda seminar keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda qeyri-formal məşğulluğun qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin işinin səmərəli təşkil edilməsi və komitələrin dövlət qurumları ilə əməkdaşlığı barədə müzakirələr aparılıb. Qeyri-rəsmi məşğulluğa dair hesabat formalarının tətbiq edilmə qaydası və qiymətləndirmə meyarları barədə maarifləndirmə işlərinin həyata keçirildiyi bildirilib.

Tədbirdə qeyri-formal məşğulluğun iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələndiyi vurğulanıb. Qeyd edilib ki, hər bir işəgötürən bunu nəzərə alaraq, işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-formal məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.