REGİONLAR


Şəmkir, Göygöl və Samux rayonlarında “İcma əsaslı reabilitasiya” proqramı ilə bağlı maarifləndirmə işi aparılıb

Şəmkir, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin (GAAMM) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatı Gəncə icma əsaslı Reabilitasiya Mərkəzinin layihə üzrə əsas işçi heyəti “İcma əsaslı reabilitasiya” proqramı ilə bağlı bölgələrdə əhalinin məlumatlandırılmasını həyata keçirmək üçün Şəmkir, Göygöl və Samux rayonlarına səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətlərinin, səhiyyə, sosial müdafiə və təhsil şöbələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyindəki Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin, səhiyyə müəsissələrinin, yerli QHT-lərin nümayəndələrinin və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin iştirak etdikləri görüşlər həmin rayonlardakı Heydər Əliyev mərkəzlərində keçirilib.

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov bildirib ki, Şəmkir, Göygöl və Samux rayonlarına səfərlər Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, GAAMM-in, “Əlilliyi olan şəxslər üçün mərkəz”in (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib.

Görüşlərdə layihənin işçi heyəti iştirakçılara sosial reabilitasiya xidmətləri ilə bağlı geniş məlumat veriblər.

Sonra iştirakçıların, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin layihə çərçivəsində təşkil edilmiş sosial xidmətlərlə bağlı sualları cavablandırılıb.

Görüşlərdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair təlimat” kitabı, “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzusunda kitabça və əlilliklə bağlı məlumatlandırma vərəqələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.