Şəmkir, Neftçala və Hacıqabul rayonlarında oğurluq edən şəxslər tutulublar
AzerTAg.az
Bakı, 15 yanvar, AZƏRTAC
Şəmkir, Neftçala və Hacıqabul rayonlarında oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonu ərazisindəki evlərin birindən 2050 manat və televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini H.Məmmədov, Şəmkir şəhər sakinləri Ə.Əliyev və E.Haqverdiyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Neftçala rayonu ərazisindəki evlərin birindən isə 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, ev sahibəsinin nəvəsi İ.Hüseynli Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini Q.Abbasovun 310 manatını oğurlayan Bakı şəhər sakini S.Abbasovanı tutublar. Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var